Məşhur qarmon ifaçısı vəfat etdi - VİDEO

Məşhur qarmon ifaçısı vəfat etdi - VİDEO
Video
Mədəniyyət 24680

Azərbaycan qarmon ifaçılıq sənətinin əvəzsiz sənətkarı, ustad musiqiçi, professor Xanlar Cəfərov vəfat edib.

BAKU.WS xəbər verir ki, 64 yaşlı musiqiçi gecə saatlarında həyatla vidalaşıb.

Bu barədə musiqi camiyəsinin nümayəndələri sosial şəbəkədə paylaşımlar ediblər.

X.Cəfərov 2 fevral 1956-cı ildə Bakının Əmircan kəndində doğulmuşdu.

Ötən əsrin 80-ci illərində yaradılmış "Ümid" türk rəqs və musiqi ansamblının bədii rəhbəri olub. Bir çox musiqilərin müəllifi kimi tarixə düşüb.

Sənətkarın ölüm səbəbi barədə məlumat yoxdur.

Qeyd edək ki, qarmon ifaçılıq sənətinin inkişaf etməsində Xanlar Cəfərovun adı Aftandil İsrafilovla yanaşı çəkilir.

Allah rəhmət etsin!

Son xəbərlər