SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan əsilli müğənni Sami Yusuf azərbaycanlı şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiya hazırlayıb.

BAKU.WS
xəbər verir ki, kompozisiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Sami Yusuf kompozisiyanı Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində canlı ifa edib.

Müğənnini azərbaycanlı muğam ifaçısı Təyyar Bayramov və aşıq Samirə müşayiət edib.

Ekran işinin yaradıcı prodüseri və rejissoru Andrey Boltenko, kompozisiyanın bəstəkarlığını isə Sami Yusuf özü edib.

Kompazisiya böyük maraqla qarşılanıb. Youtube.com portalında yerləşdirilən videoya 15 saat ərzində 100 mindən çox baxış olub.

Xatırladaq ki, ilk albomu “Al-Muallim”lə məşhurlaşan azərbaycanlı Sami Yusuf eyni zamanda BMT-nin sülh elçisidir. Dünyaca məşhur müğənni və bəstəkar “Time” jurnalı tərəfindən "İslam dünyasının ən böyük rok ulduzu” və "Dünyanın ən məşhur müsəlman ingilisi” elan olunub.                 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO