“Doktor dedi ki, yalnız Nazik ona dərmandır” ifadəsi ilə dillər əzbəri olan, səhnəmizin Naziləsi – aktrisa Məleykə Ağazadə aprelin 24-də 90 yaşında haqq dünyasına qovuşub. 

BAKU.WS news24.az-a istinadəön xəbər verir ki, bu barədə aktirsanın oğlu Zeynal Ağazadə məlumat verib.

Bildirib ki, aktrisa son illər yüksək qan təzyiqindən əziyyət çəkirdi. Mərhum aktrisa Bakıda dəfn edilib. Bu gün aktrisanın Təzə Pir məscidində üç mərasimi keçirilir. 

Qeyd edək ki, Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar etməyə başlamışdır. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxuyub. Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərmişdir. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynamışdır. 1972-ci ilə qədər filmlərə çəkilmişdir.[1] [2] Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır. Onun bu filmdə oynadığı fraqmentlər və söylədiyi ifadələr indiyə qədər sevilir. Çəkildiyi filmlər- “Onu bağışlamaq olarmı?” (film, 1959), “Qəribə əhvalat” (film, 1960), Ulduz (film, 1964), “Yaşamaq gözəldir, qardaşım!” (film, 1966), “Var olun, qızlar...” (film, 1972). 

Allah rəhmət etsin! BAKU.WS
VİDEO