Azərbaycanın xalq artisti VƏFAT ETDİ
26
apr
2019
15:38
Azərbaycanın və SSRİ-nin xalq artisti Elina Bıstritskaya 91 yaşında vəfat edib.BAKU.WS xəbər verir ki, bu barədə Moskvanın "Malıy teatr"ının mətbuat xidməti məlumat yayıb.Qeyd olunur ki, son illər aktrisa ağır xəstəlikdən əziyyət çəkib. Bıstritskaya ilə vida mərasiminin vaxtı və dəfn yeri daha sonra elan ediləcək.Elina Avraamovna Bıstritskaya 4 aprel 1928-ci ildə Kiyevdə anadan olub. Vilnüs Rus Dram Teatrında (1953-1956), A.S.Puşkin adına Moskva Dram Teatrında (1956-1958), Malıy Teatrda (1958) çalışıb.1979-cu ildən A.Lunaçarski adına GİTİS-də pedaqoji fəaliyyətlə məşğuldur. 1950-ci ildən kinoya çəkilir. O, 1991-ci ildə rejissoru Rasim Ocaqovun olduğu "Qətldən yeddi gün sonra" filmində də çəkilib.Azərbaycanın, Qazaxıstanın, Gürcüstanın və Rusiya Federasiyasının xalq artistidir (1966). SSRİ xalq artistidir (1978). Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Amaliya Pənahova ilə vida mərasimi keçiriləcək
Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Amaliya Pənahova sabah dəfn olunacaq. BAKU.WS xəbər verir ki, xalq artisti ilə vida mərasimi 9...