SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Xalq artisti, məşhur teatr və kino aktyoru Telman Adıgözəlovun anım günüdür. Aktyorun vəfatından artıq 14 il ötür. 

Telman Abbasqulu oğlu Adıgözəlov 1953-cü il iyulun 17-də Balakəndə doğulub. Əslən ordubadlıdır.

O, orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib.O, 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb.

Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanan "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə müxtəlif rollar canlandırıb.

Telman Adıgözəlov 2000-ci ilin oktyabrında Əməkdar artist, 2006-cı ilin mayında isə Xalq artisti fəxri adlarına layiq görülüb.

T.Adıgözəlov "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Yol əhvalatı", "Yarımştat" və başqa ekran işlərində çəkilib.

2010-cu ilin bu günü, yəni aprelin 15-də ürək çatışmazlığından vəfat edib. Mərhum Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Xalq artistinin bir qızı və bir oğlu var.

BAKU.WS