SİZİN REKLAM BURADA!
055 213 76 73


Vera Karlovna Şirye adı bir çoxlarına tanış deyil. Əslində bu şəxs Azərbaycan aktrisası, SSR xalq artisti adına layiq görülmüş Vera Şiryedir.

BAKU.WS xəbər verir ki, o, 31 yanvar 1915-ci ildə Bakı şəhərində anadan olub. Onun atası Karl Petroviç Şire (Fransız soyadı əslində belə səslənir), milliyətcə latviyalı idi, Birinci Dünya Müharibəsində qızını heç görmədən həyatını itirmişdi.

Vera onu öz qızı kimi sevən ögey atası Mirzə Səttarovun ailəsində böyüyüb. Sonra onun Leyla adlı bir bacısı da olub. Leyla xanım Tağızadə ölkədə ilk qadın - Ali Sovetin deputatı, əməkdar həkim olub. Veranın həyatında ilk məsləhətçisi, dostu, tənqidçisi və dəstəyi həmişə bacısı Leyla olub.

Vera Karlovna tez-tez etiraf edirdi ki, onun teatra gedən yolunu ögey atası çəkib, çünki həvəskar teatrda iştirak edirdi və həmişə onu məşqlərə özü ilə aparırdı. Vera Şirye səhnə fəaliyyətinə 1933-cü ildən Bakı İşçi Teatrı (1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı) nəzdindəki studiyada başlamışdır. 1938-ci ildən həmin teatrın aktrisası olmuşdu. Uzun səhnə həyatı boyu Vera 200-ə yaxın rol oynayıb, çoxlu parlaq, müxtəlif obrazlar yaradıb. Aktrisanın sənət uğurlarının zirvəsi "Mariya Stüart" teatr səhnəsindəki Elizabet roludur.

Qeyd edək ki, o, həmçinin Mirandolina ("Mehmanxana sahibəsi", K.Qoldoni), Maşa ("Canlı meyit", L.Tolstoy), Melanya ("Günəşin övladları", M. Qorki), Anna İliniçna ("Ailə", İ.Popov), Qızyetər ("Xanlar", S.Vurğun), Nataşa ("Şərqin səhəri", Ə.Məmmədxanlı), Ledi Hef ("Oğruların şənliyi", J.Anuy), Tereza ("Terezanın ad günü", G.Mdivani), Pori xala ("Sən nə üçün yaşayırsan?", İ.Qasımov və H.Seyidbəyli), Kuraj ana ("Kuraj ana və uşaqları", B.Brext) kimi səhnələr üçün də rol oynayıb.

Vera Karlovna Sovet İttifaqı dağıldıqdan sonra Bakıda yaşamağa davam edir və həyatında müəyyən problemlər yaşanır. Onun hətta küçədə dilənçilik etdiyi vaxtlar da olub. 11 iyun 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Vera Karlovna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü almağa başlayıb. Maraqlıdır ki, həmin təqaüdün təsis olunması da eyni günə təsadüf edir.

Vera Karlovnanın 85 yaşı tamam olanda onun yaradıcılığının qızğın pərəstişkarı olan Heydər Əliyev zəng edərək onu telefonla təbrik edib, sonra teatr sənətinin inkişafındakı xidmətlərinə görə ona “İstiqlal” ordeni təqdim edib və onu bütün dövrlərin ən böyük aktrisası adlandırıb.

Vera Şiryeni Moskvadan və başqa teatrlardan dəvət etsələr də, o, özünü doğma bakılı və azərbaycanlı hesab edir və heç yerə getməyib.

BAKU.WS