İsmayıllıda rayonun adı yazılmış memarlıq kompozisiyası niyə söküldü?
İsmayıllı rayonunda "İsmayıllı" sözü yazılmış memarlıq kompozisiyasının sökülməsinin səbəbi açıqlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, rayonun İcra Hakimiyyətindən bildirilib ki, söküntü Muğanlı-İsmayıllı yolunun genişləndirilməsi ilə əlaqədardır.
Qeyd edilib ki, Muğallı-İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı şəhərindən keçən 41-44-cü kilometrliyində Ərəstun Mahmudov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən dairədə yenidənqurma işlərinin aparılması və yolun genişləndirilməsi nəzərdə tutulub:
"İcra hakimiyyəti tərəfindən həmin dairədə texniki təhlükəsizlik tədbirləri görülüb, sözügedən memarlıq kompozisiyası sökülərək ərazidən kənardaşdırılıb".
Oxşar xəbərlər
Çıxarışsız evlərə böyük MÜJDƏ: Dövlət qeydiyyatı ilə bağlı YENİ TƏKLİF
"Azərbaycanda çıxarışsız evlərin sayının 650-700 minə çatdığı ehtimal edilir. Bu əmlakların sənədləşdirilməsi məsələsinin mərhələli şəkildə həlli həm vətəndaşla...