Kinoteatrların açılması ilə bağlı RƏSMİ AÇIQLAMA

"Operativ Qərargahla apardığımız konstruktiv danışıqlar nəticəsində oktyabrın birindən teatr, kinoteatr və konsert zalları açıq elan ediləcək".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
"Amma burada müəyyən şərtlər var. Belə ki, pandemiya qaydalarına riayət etməliyik, yəni, zallar 50 faizdən çox doldurulmamalı, COVID pasportu ilə giriş və zalların dezinfeksiya edilməsi təmin olunmalıdır.
Mədəniyyət Nazirliyi olaraq fəaliyyət başladıqdan sonra ciddi nəzarət olunacaq ki, bu qaydalara ciddi nəzarət olunsun.
Nəticə etibarilə insanların virusa yolxumasina səbəb yaranmasın", nazir bildirib.
Oxşar xəbərlər
Nazirlikdən kinoteatrların fəaliyyətinin bərpası ilə bağlı daha bir AÇIQLAMA
Mədəniyyət Nazirliyi teatrların açılması ilə bağlı məlumat yayıb. BAKU.WS xəbər verir ki, məlumatda deyilir: “İctimaiyyətə məlum olduğu kimi, iki ilə yaxındır,...