Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin növbəti efir günü baş tutub. 

BAKU.WS-in məlumatına görə, “Hind kinosu” adlanan yarışma 5 iştirakçının mübarizəsi ilə davam edir. Ötən verilişdə olduğu kimi bu dəfə də SMS səsverməsində maraqlı anlar yaşanıb. İştirakçılardan üç nəfərin - Ramil Nabran, Xose Bernardo və Ranar Musyevin şəklini atanların sayı eyni olduğundan yenə gün ərzində gələn səslər əsas götürülüb.

Bu üç iştirakçıdan Ramil Nabrana daha az səs göndərildiyindən SMS səsverməsinə o çıxarılıb.

Ramil Nabran hədəfinin gizli olmadığını bildirib. O səs toplayacağı təqdirdə Sərxan Kərəmoğlunu oyundan kənarlaşdıracağını bildirib.

Əslində isə bu dəfə SMS səsverməsinə Ranar Musayev çıxmalı imiş. Amma iştirkaçılardan iki nəfər onun xahişini yerinə yetirməyib. 

Şounun qalibi isə yenə də Sərxan oldu. 41,53 faiz səslə Ramin nabran bu mübarizədn məğlub ayrıldı. Beləliklə daha bir iştirakçı üçün maşın əldən getdi. 

Ramil Nabran Dilarə Kazımova ilə vidalaşarkən onu da özü ilə "apardı". Dilarə vidalaşkən ani diqqətsizlikdən əlini maşından çəkdi. Beləliklə bu gün iki iştirakçı Maşından getdi. 

Xatırladaq ki, yarışmada Xose Bernardo (aparıcı), Ranar Musayev (aparıcı), Xəyalə Quliyeva (aktrisa), Sərxan Kərəmoğlu (aktyor), Səmra Rəhimli (müğənni) mübarizə aparır.

BAKU.WS