ATV telekanalında yayımlanan “Maşın” realiti şouda iştirakçıların sayı azaldıqca mübarizə daha da çətinləşir.

BAKU.WS-ə danışan müğənni Talıb Tale isə qeyd edir ki, “Maşın” şouda onun üçün çətin dövr geridə qalıb.

“İlk günlər sakit görünürdüm. İndi isə maşını udmaqda artıq daha iddialıyam və qərarlıyam. Əvvəllər çətinlik var idi. Oyunu tam qavraya bilmirdim. Amma ruhdan düşmədim. Qəfil, hiyləgər hücumlardan yayına bildim. Artıq oyunun prinsiplərini yaxşı bilirəm”, - deyə müğənni bildirdi.

Talıb Tale güclü rəqib hesab edilən Elşad Xose və Rauf Əhmədov birliyindən qorxmadığını da qeyd etdi.

“Elşad Xoseni uzun illərdir tanıyıram. O, açıq oynayacaq. Bir hədəf göstərib digərini vurmayacaq. Rauf isə artıq gücünü itirib”, - deyə müğənni sözlərinə əlavə etdi.

Tuncay
BAKU.WS