SİZİN REKLAM BURADA!
055 213 76 73


ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun  qalmaqallı iştirakçısı Vüsalə Kərimova müğənni Günel Ələkbərovaya qarşı sərt sözlər deyib.

“Maşın” realiti şouda hədəfə alındığı iştirakçı aparıcı Vüsalə Kərimova BAKU.WS-ə müsahibə verib.

“Mən Günel xanımı ortaq dostlarıma görə tanımışam. Mən onu sənətçi kimi hörmət etmirəm. Onda heç sənətçinin “S” hərfi belə yoxdu. Onun nə mahnısı var ki, yadımda da qala. Gəlib burada özünü reklam etməklə deyil. Bir dənə əsər oxuyub tutuzdurmaq lazımdı. Getsin elə etsin”.

Deyirlər siz şouda ikili oyun aparıb artistlik edirsiz. Bu həqiqətən belədir?

“Artistlik pis şeydi? Artistliyi də bacarmaq lazımdı. Əgər artistliyi bacarıramsa nə xoş mənə. Dahi sənətkarlarımız olub artistlik ediblər. Əgər mən artistliyi bacarıramsa bununla fəxr edirəm”.

Realiti şouda aparıcı Vüsalə Kərimova, müğənni Xatun Əliyeva, meyxanaçı Vüqar Əbdulov, aktrisa Tünzalə Əliyeva, aktyor İlkin Misgərli, jurnalist Ulviyyə Alovlu, müğənni Rauf Əhmədov, müğənni Samirə Yusifqızı, müğənni Talıb Tale, aparıcı Zemfira Adıgözəlova, repçi Elşad Xose, aparıcı Vüsalə Əlizadə, aktrisa Mehriban Xanlarova iştirak edir.

Tamaşaçılar bu gün ATV kanalında canlı olaraq saat 22:15-dən etibarən həyəcan dolu efiri izləyə biləcək.

Tuncay
BAKU.WS