SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Maşın" şouda növbəti qalmaqal baş verib. 
 
BAKU.WS-in məlumatına görə, aktrisa Pəvin Abıyeva ilə müğənni Səidə arasında gərginlik yaranıb. 
 
İki xanım arasında mübahisə yarışmaya damğa vurub. Pərvin Kənan MM-i dəstəklədiyini və onun üçün hər kəsdən səs istəyib. 
 
Bu zaman Səidə ilə Pərvin arasında mübahisə pik səviyyəyə çatıb. 
 
"Bax əlimdən xata çıxar. Sən kimsən mənim qardaşım haqqında danışırsan?", - deyə Pərvin Səidəyə söyləyib. Səidə isə öz növbəsində ona cavab verib və mübahisə daha da böyüyüb. Aparıcı Murad Dadaşovun müdaxiləsindən sonra iştirakçılar sakitləşib və yarışma qaldığı yerdən davam edib.
 
Nazim Babayev
BAKU.WS