Dünyanı qorxuya salan xəbərdarlıq - Ölümlərə hazır olun

Dünyanı qorxuya salan xəbərdarlıq - Ölümlərə hazır olun
Şou-biznes 9338

Ümumdünya Səhiyyə Təşkilatı bütün dünyanı cənginə alan, son günlərdə onlarla ölkədə yenidən artmağa başlayan koronavirusla bağlı yeni həyəcan təbili çalıb.

BAKU.WS-in məlumatına görə, yeni xəbərdarlıqdan sonra bütün diqqətlər Avropaya çevrilib. ÜST-ün Avropa üzrə bölgə direktoru Hans Kluge bu gün keçirdiyi mətbuat konfransında sentyabrda qeydə alınan yoluxma sayının narahatlıq doğurduğunu bildirib. O deyib ki, Avropa ölkələrindəki yoluxma həyəcan siqnalı veriləcək səviyyədədir.

Klugenin sözlərinə görə, bölgədə ölkələrin karantin müddətlərini məhdudlaşdırması da onları düşündürür. "Vəziyyət daha da çətinləşəcək. Oktyabr və noyabr aylarında daha çox ölüm görə bilərik. Peyvəndin pandemiyanın sonu olacağını deyirlər. Amma bu, belə olmayacaq. Peyvəndin bütün insanlara kömək edib-edə bilməyəcəyini bilmirik. Pandemiyanın sonu toplum olaraq pandemiya ilə necə yaşayacağımızı öyrənəcəyimiz andır. Bu, bizə bağlıdır".

ÜST rəsmisi son 24 saatda koronavirusa yoluxma faktlarında rekord vurulduğunu açıqlayıb. Sözügedən zaman aralığında 308 minə yaxın yoluxma qeydə alınıb. 5,5 min nəfər həyatını itirib.

Xatırladaq ki, yoluxmalarda artım ən çox Fransa və İspaniyada qeydə alınıb.

Oxşar xəbərlər

Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU

Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU

2019-cu il ölkədə bir çox hadisələrlə yadda qaldı. İctimai-siyasi vəziyyət, iqtisadiyyatın dinamik inkişafı və bir çox hadisələr baş verdi. Bu hadisələri ictima...

977 Şou-biznes 16:04 31 yanvar 2020

Son xəbərlər