Rusiya KİV: Heydər Əliyevin avtomobili satışa çıxdı (FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Krasnoyarsk şəhərində QAZ-12 "ZİM" markalı avtomobil internet vasitəsi ilə satışa çıxarılıb.
BAKU.WS-in məlumatına görə, avtomobili satan şəxs QAZ-12 "ZİM"in əvəllər Azərbaycanın mərhum prezidenti Heydər Əliyevə aid olduğunu iddia edib. 24auto.ru saytında yerləşdirilən elanda qeyd edilir ki, avtomobil 1951-ci ildə istehsal edilib.
Bəzi məlumatlara görə, maşın Azərbaycandan, Heydər Əliyevin qarajından gətirilib. Əsaslı təmirdən sonra avtomobil elektrik şüşəqaldıranla, bort kompüteri, televizor, siqnalizasiya təchiz edilib. Avtomobilin qiyməti 1 mln. 410 min rubldur (21000 AZN).
QAZ-12 markalı avtomobil 1949-cu ildən 1959-cu ilə qədər Qorki Avtomobil zavodunda 1959 istehsal edilib. Bu avtomobillər daha çox partiya və hökumət nümayəndələri üçün xidməti avtomobil kimi istifadə olunurdu.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Aytən Səfərova: "Bizimkilər "Trendyol"a qoşulandan "zayı" çıxdı"
Aparıcı Aytən Səfərova "Trendyol"un Azərbaycan bölməsindən şikayət edib. BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, aparıcı bu barədə "Xəbər ertəsi" proqramın...