SİZİN REKLAM BURADA!
055 213 76 73


“Səhiyyə naziri Oqtay Şirəliyevin sağlamlığında heç bir problem yoxdur, öz işinin başındadır”.

BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Oqtay Şirəliyev ölkədəki pandemiya ilə mübarizədə aktiv iştirak edir. O, ictimaiyyət qarşısına və televiziya verilişlərinə çıxır. Səhiyyə nazirliyi ilə ictimaiyyət arasında əlaqə mövcuddur”, - o bildirib.

BAKU.WS