SİZİN REKLAM BURADA!
055 213 76 73



Qoç - Bəzi mövzularda son qərarı siz verməli olacaqsınız. Məsuliyyəti boynunuza götürməkdən çəkinməyin. 

Buğa - Keçmiş illərdə başınıza gələn problemləri xatırlamalı olacaqsınız. Ancaq bunun sizə köməyi dəyəcək. Çünki eyni səhvləri etməkdən yayınacaqsınız. 

Əkizlər - Hər hansı mövzuda qərar verməzdən öncə sizə dəyəcək zərəri hesablayln. Ani reaksiyalar verməyin. İnsanların fikrinizi qarışdırmalarına imkan verməyin. 

Xərçəng - Planlarınızı pozmağa çalışanlar var. Yaradıcı təxəyyülünüzdən istifadə edin.


Şir - Planlarınızı reallaşdırmaq istəyirsinizsə, tələsin. Lazım gəlsə, dostlarınızdan kömək istəyin. 

Qız - Verilən məsləhətləri qulaq ardına vurmayın. Ailəniz və partnyorunuz sizin yaxşılığınızı istəyir. Evlə bağlı edəcəyiniz dəyişiklikləri bir daha nəzərdən keçirin. 

Tərəzi - Günü əyləncəli keçirmək öz əlinizdədir. Gəzinti və ya qonaqlıq əhvalınıza yaxşı təsir edə bilər. 

Əqrəb - Sizə gözlənilməz birindən hədiyyə gələcək. Hədiyyənin mənəvi dəyəri maddi dəyərini üstələyəcək. Bu gün özünüzü heç olmadığı qədər xoşbəxt və dinc hiss edəcəksiniz.

Oxatan - Problem yaşamaq istəmirsinizsə, reallıqlarla üzləşin. Şəxsi məlumatlarınızı və sirlərinizi heç kimlə bölüşməyin. 

Oğlaq - Başqalarının məşğuliyyətlərini tənqid etmək əvəzinə öz həyatınıza nəzər yetirin. Ətrafınızdakı insanlara güvənməyin. Daim tədbirli olun.

Dolça - Bu gün atdığınız addımlar iş həyatında populyarlığınızı artıracaq. Uzun müddətdir görmədiyiniz dostlarla görüş gözlənilir. 

Balıq - Qısqanclıq etməyin. Bu sizə fayda gətirməyəcək. Sizə gələn hər təklifə müsbət cavab verməyin. Əvvəlcə təklifin mahiyyətini düzgün qiymətləndirin.