SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qoç - Sizə mane olmaq istəyən insanlar var. Yeni insanlarla tanış olacaqsınız. Bu gün əl atdığınız hər problemi həll edəcəksiniz.
 
Buğa - Bu gün sizə bir çox suallar veriləcək. Düşünmədən cavab verməyin. Özünüzdən əmin olmağınız yaxşıdır. Ancaq ətrafınızdakı insanlara güvənməyiniz.

Əkizlər - Arxanızca danışanlar, quyunuzu qazanlar var. Buna reaksiya verməsəniz, sizə heç bir zərər dəyməyəcək. Sakitliyinizi qoruyun.

Xərçəng - Arzularınıza qovuşmağınız üçün hər cür şərait var. Sadəcə hərəkətə keçməlisiniz. Cəsarətli olun.
 
Şir - Problemləri adətiniz üzrə yoluna qoymağa çalışsanız da, bu dəfə işlər planlaşdırdığınız kimi getməyəcək. Dostlardan kömək alın. Ailə böyükləri ilə məsləhətləşin.

Qız - Enerjiniz aşıb-daşır. Əyləncəyə vaxt ayırın. Əks halda əsəb keçirəcək, sevdiyiniz insanların qəlbini qıracaqsınız.

Tərəzi - Bir müddətdir ki, hər şey öz axarında gedirdi. Ancaq bu gün qarşınıza çətinliklər çıxa bilər. Dözümlü olun, ümidsizliyə düşməyin.
 
Əqrəb - Xoş təsadüflər baş verəcək. Çoxdan görmədiyiniz tanışınızla və ya ilk eşqinizlə qarşılaşacaqsınız. Fikirlərinizi cəmləyin. Qidalanma rejiminizə diqqət edin.
 
Oxatan - Bütün gün vurnuxsanız da, heç nəyi həll edə bilməyəcəksiniz. Ən yaxşısı işdən icazə alıb bir müddət dincəlməkdir. Şəxsi həyatınızda da problemlər yaşayacaqsınız.
 
Oğlaq - İş yoldaşlarınızla fikirləriniz çəp gələcək. Ancaq kin saxlamayın, münasibətləri qaydasına salmağa çalışın. Evdə sizi böyük bir sürpriz gözləyir.
 
Dolça - Özünüzü mənəvi və fiziki baxımdan güclü hiss edirsiniz. Belə qalmaq üçün idmana və sağlam qidalanmağa davam edin. Ailə fərdlərinin problemlərini bölüşəcək, onlara dəstək olmağa çalışacaqsınız.
 
Balıq - Bü gün heç olmadığınız qədər inadkarsınız. Bu xeyrinizədir. Adətən, hisslərinizlə qərar versəniz də, bu dəfə məntiqinizi köməyə çağıracaqsınız. Partnyorunuz bu gün sizi təəccübləndirə bilər.