SİZİN REKLAM BURADA!
055 213 76 73


BMW Group Classic seriyasından olan növbəti epizodda, alman markasının klassik avtomobillər bölməsinin əməkdaşları bir milyon kilometrdən çox yol qət etmiş 1950-ci illərin BMW 501 sedanını nümayiş etdiriblər.

BAKU.WS “fins.az”a istinadən xəbər verir ki, əvvəlki sahibi avtomobili BMW Classic bölümünə təhvil verib.

Qırx ildən sonra isə, avtomobili tam bərpa prosesindən keçib. 501 sedanı BMW şirkətinin müharibədən sonra yaradılmış və Bavariyadakı zavodunda yığılan ilk avtomobili olub.

Dəyirmi formasına görə o və onu təqib edən 502 modeli "Barokko mələyi" ləqəbini alıblar.

BMW Classic kolleksiyasından olan avtomobil 1955-ci ildə buraxılmış və V8 mühərriki ilə təchiz edilmişdir. Sedan 15 il Münhendəki taksi parkında işləyib və bir milyon kilometrdən çox məsafə qət etdikdən sonra şirkətə qaytarılıb.

Deyilənlərə görə, sedanın əvəzinə sahibinə yeni BMW 1500 modelini veriblər.

BAKU.WS
VİDEO