13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Məşhur videobloger Hüseyn Əzizoğlu filmə çəkiləcək. 
 
Bunu BAKU.WS-ə açıqlamasında rejissor Kənan MM deyib. O bildirib ki, komediya janrında çəkəcəyi filmdə Hüseyn Əzizoğlu da rol alacaq:
 
"Hüseyn məni güldürə bilən yeganə adamdır. Onun haqqında nəsə düşünürəm. Sadəcə öncədən danışmaq istəmirəm, zamanı gələndə görəcəksiniz. Bir bunu deyə bilərəm ki, filmin artıq sinopsisi hazırdır".
 
Qeyd edək ki, Hüseyn Əzizoğlu çəkdiyi vineləri ilə qısa müddətdə sosial şəbəkələrdə məşhurlaşıb. Videobloger əvvəllər jurnalist kimi də fəaliyyət göstərir.
 
Məlumat üçün qeyd edək ki, Əzizoğlu reklam çəkilişində də rol alıb. Sözügedən reklamın yaxın zamanda yayımlanacağı bildirilir. 
 
Ayşən Ayxan 
BAKU.WS