Uşaqlıqdan seçilmək, böyük adam olmaq istəyi ilə yaşayan 19 yaşlı Orxanın ağlına belə gəlməzdi ki, nə zamansa tale onun arzularını əksinə dəyişəcək. 

BAKU.WS-in məlumatına görə, BAKU.TV-nin "Gənc məhbus" layihəsinə öz həyat hekayəsini danışan Orxan deyir ki, hər şey 7-ci sinifdə başladı. Dərslərində hər zaman yüksək nəticə göstərən Orxanı birdən-birə məktəbdəki hər kəs düşmən gözündə görməyə başladı. Oxuduğu məktəbdə hər kəsi ona qarşı çevirən həmin şəxs sonda gəncin səbr kasasını daşdırmağı bacardı. Orxan hər nə olursa olsun özünü sübut etmək istəyirdi. Qarşısında isə iki yol var idi; ya məsələni sülh yolu ilə həll etmək, ya da illərin intiqamını almaq. Məhəllənin seçilən uşağı, məktəbin, öz dili ilə desək, lideri olan 19 yaşlı qəhrəmanımızın özü inana bilməsə də, artıq əli qana batmışdı.
18 yaşında özünü qocalmış, əldən düşmüş hiss edən Orxanın məhkəməsi bitir. Öz istəyi ilə təslim olan Orxanın 1 il, 6 ay həbs qərarından sonra ən çətin və eyni zamanda ən uğurlu yolu başlayır. Yaşıdlarından, sinif yoldaşlarından, ən əsası ailəsindən ayrı düşən Orxanın məhkumluq həyatı boyu istedadı və bacarığı sayəsində həyat haradasa üzünə gülə bildi. Həbsxanada olarkən hər kəs onun istedadından xəbər tutdu. Beləliklə, bir işiq, bir ümid və yaşamağa davam..
Deyir ki, törətdiyi cinayətdən peşman deyil. Amma onunla müsahibəmiz boyu sözlərindən bəlli olurdu ki, o, haradasa peşmanlıq hissi keçirir. Bu gün aktyorluğa böyük həvəsi olan Orxan böyük uğurlar ardınca addımlayır. Hazırda gitara müəllimi kimi fəaliyyət göstərir. Həmçinin şou proqramlarda illüziyaçı kimi çıxış edir. Heykəltəraşlıq və rəssamlıq üzrə çalışır. Qəhrəmanımızın növbəti məqsədi universitetə qəbul olub gecikən ali təhsilini almaqdır...

BAKU.WS
VİDEO