SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin Tv8 kanalında yayımlanan "İşte benim stilim" dəb yarışmasının bu mövsümkü buraxılışına azərbaycanlı iştirakçı qatılıb.
 
BAKU.WS məlumat verir ki, Ayşən Ocaqverdiyeva adlı iştirakçı yarışmanın seçim mərhələsinə qatılıb. Həmyerlimizlə yarışma iştirakçıları arasında qalmaqal da yaşanıb. Ayşənin Bahar adlı iştirakçıya güzgü və salfet hədiyyə etməsi bir mənalı qarşılanmayıb. Yarışmanın digər iştirakçıları həmyerlimizin hərəkətini tənqid edib. 
 
Münsiflər isə A.Ocaqverdiyevanın hərəkətini bəyəndiklərini deyib:
 
"Çox xoşum gəldi bu hərəkətinizdən. Ağıllı qadınsınız" deyə münsiflər bildirib. 
 
Qeyd edək ki, "İşte benim stilim" dəb yarışmasının münsiflər kürsüsündə Nur Yerlitaş, İvana Sert və Hakan Akkaya əyləşib. 
 
BAKU.WS