VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bütün ölkələrdə prezidentlə yanaşı birinci xanımın da müəyyən öhdəlikləri var. Ölkənin birinci xanımı nəinki cəmiyyətin, bütün dünyanın diqqət mərkəzində olan bir şəxsdir. "”First lady”lərin həm fəaliyyəti, həm geyimi, həm də həyat tərzi bütün dünyanı maraqlandıran amillərdir. Buna görə də ölkənin birinci xanımları geyimləri, saç düzümləri ilə yanaşı, danışıqlarına və davranışlarına da xüsusi ilə diqqət etməlidirlər. Onlar atdıqları hər bir addım ilə dünya gündəminin əsas müzakirə mövzusu ola bilərlər.

BAKU.WS
-in məlumatına görə, tatler.ru saytı dünyanın ən gözəl və cazibədar beş "first lady”sinin siyahısını hazırlayıb.

Siyahıya Azərbaycanın birinci xanımı Mehriban Əliyeva liderlik edir. Heydər Əliyev Fondunun və Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın ən yaraşıqlı və gözəlliyə sahib olduğu vurğulanıb. Onun həm gözəl qadın, həm də ölkəsinin inkişafı üçün bacarıqlı birinci xanım olduğu vurğulanıb.

 

Siyahıda ikinci yeri Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsəd tutur. Ölkəsində 4 ildir müharibə olduğuna baxmayaraq Əsma Əsəd bir dəfə də olsun qaçmaq fikrində olmadığı vurğulanır.

 

 

O, nəinki ölkədən qaçmaq istəyib, hətta bütün çətinliklərində ərinə dəstək olub və həmişə onun yanında olub. Bütün işgüzar görüşləşlərdə Əsma Əsəd də fəal iştirak edib.


Üçüncü yerdə Meksikanın "first lady”si Anxelika Rivera gəlir.

 


Dördüncü sırada Argentinanın birinci xanımı Xuliana Avadadır. Siyahını Qabonun prezidentinin xanımı Silviya Bonqo Ondimba tamamlayır.


BAKU.WS