Mehriban Əliyeva Zaur Rəşidovun müalicəsini öz üzərinə götürdü

Mehriban Əliyeva Zaur Rəşidovun müalicəsini öz üzərinə götürdü
Hadisə 2038
 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Almaniyada təcili əməliyyata ehtiyacı olan Zaur Rəşidovun müalicəsi ilə bağlı bütün xərcləri öz üzərinə götürüb.

BAKU.WS məlumat verir ki, bu haqda Zaurun bacısı sosial şəbəkədə yazıb. O bildirib ki, Zaurun bütün xərclərini fond qarşılayacaq:

"Dostlar, birinci xanımın nümayəndəsi mənimlə əlaqə saxladı. Bildirdilər ki, Zaurun bütün müalicə xərclərini Mehriban xanım öz üzərinə götürüb. Hər şey üçün çox sağ olun".

Qeyd edək ki, 30 yaşlı Zaura "osteoblastoma” diaqnozu qoyulub. O, 2006-cı ildən 5 əməliyyat keçirib, lakin xəstəlikdən xilas ola bilməyib. Zaurun müalicəsi və tam sağalması üçün təcili və çətin əməliyyata ehtiyacı var.

Bu əməliyyat isə Almaniyada həyata keçirilə bilər. Sosial şəbəkələrdə onun müalicə xərclərinin ödənilməsi üçün vəsait toplanması məqsədilə qrup da yaradılmışdı.

BAKU.WS

Oxşar xəbərlər

Mehriban Əliyeva kimsəsiz uşaqlarla birgə  (FOTO)

Mehriban Əliyeva kimsəsiz uşaqlarla birgə (FOTO)

Dekabrın 24-də Heydər Əliyev Fondu uşaqlar üçün növbəti dəfə şənlik təşkil edib. BAKU.WS Azərtac-a istinadən məlumat verir ki, budəfəki şənliyə Bakı şəhərindək...

1061 Şou-biznes 10:21 25 dekabr 2015

Son xəbərlər