SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda və Abşeron yarımadasında fevralın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və yarımadada günün ikinci yarısında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Abşeron yarımadasında gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerdə duman olacaq, şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Cənub küləyi əsəcək.
Ggecə 0-5 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcəyədək isti olacaq.

BAKU.WS