VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 


 

Xalq artisti Brilliant Dadaşovanın bacısı və aktyor Rafael Dadaşovun keçmiş həyat yoldaşı, aktrisa Sədaqət Dadaşova "Zuhal Topalla izdivaç" verilişində şok açıqlama verib.
 
BAKU.WS məlumat verir ki, verilişə bir kişi zəng edərək Sədaqət Dadaşova ilə 27 il əvvəl sevgili olduğunu bildirib. Həmin şəxsin zəng etməsini aktrisa birmənalı qarşılamayıb və etirazını bildirib. Aktrisa Asif adlı kişi ilə 27 il əvvəl tanış olduğunu, 7 il eşq yaşadıqdan sonra ayrıldıqlarını bildirib. Dadaşova Asif adlı kişidən 20 yaşlı bir övladının olduğunu deyib: "27 il əvvəl tanış olmuşduq. Münasibətimiz 7 il davam etdi. 7 ildən sonra ondan bir övladım oldu. O mənimlə evlənməyə söz versə də evlənmədi, mən də ayrıldım. Mənim dörd övladım var, onun üçü öz əmimoğlumla (Rafael Dadaşovu nəzərdə tutur-red.) evliliyimdən olub, bir oğlum isə Asifdəndir. Nahaq bura zəng edib. Bizim aramızda hər şey bitib".
 
Ancaq telefon bağlantısında olan kişi isə adının Əsgər olduğunu bildirib. Bundan sonra verilişdə qeyri-müəyyən anlar yaşanıb. Növbəti buraxılışda hər şeyə aydınlıq gələcək. 
 
Qeyd edək ki, Sədaqət Dadaşova "Zuhal Topalla izdivaç" proqramına Oqtay adlı bəy üçün namizəd kimi qatılmışdı. Oqtay bəylə razılığa gələn bilməyən aktrisa verilişdə qalaraq iştirakını davam etdirir.
 
 
BAKU.WS