VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə yetkinlik yaşına çatmayan qadında hamiləlik aşkarlanıb. Məlum olub ki, 16 yaşlı qadın 22 yaşlı oğlana ərə gedib. Məsələnin üstü isə qadının xəstəxanaya müraciət etməsindən sonra açılıb.

BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, yetkinlik yaşına çatmayan qadında hamiləlik aşkarlanıb.

Hadisə Şəki rayonunun Suçma kəndində qeydə alınıb. Belə ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 16 yaşlı Qasımova Nurcahan Mürşüd qızı gətirilib. Xəstəxanada müayinə zamanı qızın beş aylıq hamilə olduğu müəyyənləşdirilib.

Məlum olub ki, Göygöl rayon sakini Nurcahan Qasımova Suçma kənd sakini, 22 yaşlı Babayev Bilal Möhəbbət oğlu ilə ailələrinin razılığı ilə toy ediblər, rəsmi nikah olmadan birlikdə yaşayıblar. Xanımın səhhətində yaranan problemə görə xəstəxanaya gətirildikdə onun 5 aylıq hamilə olduğu aşkarlanıb. Ailə üzvləri gələn il yanvar ayında qızın 17 yaşı tamam olduqda rəsmi nikaha daxil olacaqlarını bildirirlər.

Faktla bağlı Şəki Rayon Polis Şöbəsinə də məlumat verilib.
BAKU.WS
VİDEO