Parisdə azərbaycanlı modelyer Günel Rüstəmovanın rəhbərlik etdiyi "Gyunel" və "De Grisogono” brendlərinin birgə moda nümayişi baş tutub. 

BAKU.WS məlumat verir ki, mərasimdə məşhur modellər Bella Hadid və İrina Şeyk qonaq qismində iştirak ediblər. Türkiyənin məşhur modeli Tülin Şahin isə "Gyunel” kolleksiyasından olan geyimləri podyumda nümayiş etdirib.

Xatırladaq ki, Günel Rüstəmova ölkənin baş bankiri Elman Rüstəmovun qızıdır. O, həmçinin, "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə ilə evlidir.
 
BAKU.WS