SİZİN REKLAM BURADA!
055 213 76 73


Homoseksualizm çox ağır xəstəlikdir və digər xəstəliklər kimi, o da qeyri-sağlam həyat tərzinin və valideyn laqeydliyinin qaçılmaz nəticəsidir.

BAKU.WS
xəbər verir ki, Bu fikirlər Azərbaycanda Sağlam Həyat Tərzi haqqında Qanun qəbul olunması uğrunda mübarizə aparan jurnalist Ərşad Əzimzadənin "Xoşbəxt ailə düsturu: Gənc qızlar və oğlanlar üçün bələdçi" əsərindən götürülüb.

Qeyri-sağlam həyat tərzi keçirən ailələrdə uşaqlar hər cür ağır xəstəliyə tutula bilər və əksər hallarda tutulurlar da. Ağır xəstəliklər çoxdur - xərçəng, oynaq xəstəlikləri, şəkərli diabet, ürək-damar xəstəlikləri, göz xəstəlikləri, ruhi xəstəliklər və s. Onların hamısı bəşəriyyət tərəfindən, birmənalı olaraq, insanların düşməni kimi qəbul olunub. Bəşəriyyət onları pislənir və səhiyyə sistemləri bu bəlalara qarşı tədbirlər görür.

Bu tədbirlərin nə dərəcədə səmərə verib-verməməsi məsələsi bir ayrı mövzunun söhbətidir. Bu gün biz başqa bir məsələdən, bəşəriyyətə o xəstəliklərdən də çox zərər verən bir bəladan söhbət açacağıq. Qəribə də olsa, dünya səhiyyə sistemi və dünya tibb elmi bu bəlaya çox laqeyd yanaşır, ona qarşı mübarizə aparmır, hətta, onu xəstəlik də saymır. 

Söhbət, ötən əsrin ortalarından başlayaraq, bir sıra “sivil” ölkələrdə xüsusi status almış, vətəndaşlıq hüququ qazanmış homoseksualizmdən (eyni cinsli adamların bir-biri ilə cinsi əlaqəyə girməsi) gedir. Hansı səbəbdənsə, rəsmi tibb elmi, çoxlu gəncin taleyinə qara səhifələr yazan bu xəstəlik bəla saymır, ona qarşı mübarizə aparmır. Tibb elminin kosmik sürətlə güclənməsinə baxmayaraq, digər ağır xəstəliklər kimi, bu ağır xəstəlik də böyük sürətlə yayılır, daha çox gəncin ağlını və iradəsini əlindən alır, bütün orqanları yerində olan milyonlarla cavanı qız və oğlanı barsız söyüd ağacına, balasız qatıra döndərir. 

Xalq arasında “mavi” adlandırılan bu zavallı xəstələr elə ailədə "bitir" ki, orada ata-ana öz övladının tərbiyəsi ilə ya heç məşqul olmur, bu arxivacib, taleyüklü işi yad adamlara tapşırır, ya da tərbiyəni düzgün apara bilmir. Hər iki halda uşaq naqis formalaşır: pis uşaqların təsiri altına düşərək, erkən papiros çəkir, spirtli içkilər və narkotik maddələr qəbul edir, heç bir faydalı işlə məşqul olmaq istəmir, əməyə və təhsilə maraq göstərmir. Valideyn qayğısından və sayqısından, ciddi nəzarətdən kənarda qalan və yaxud da düzgün tərbiyə almayan uşağın damarlarında axan çirkli qan onun təfəkkürünə, düşüncə tərzinə sarsıdıcı zərbə vurur, psixikasını və psixologiyasını pozur.

Özünü hamıdan üstün tutan dar düşüncəli uşaq hamının yaşadığı kimi yaşamaq istəmir, çoxların normal saydığı adi həyat onu qane etmir, hamıdan seçilmək istəyir, başlayır macəra axtarmağa. Günlərini barlarda, restoranlarda, idman zallarında, çimərliklərdə keçirən xəstə uşaq ucuz “ulduzları” özünə “kumir” seçir, onlara oxşamağa çalışırlar, onları yamsılayır. Nəticədə, eybəcər saç düzümləri, köpdürülmüş dodaqlar, dizi cırıq şalvarlar, “avtoşluq”, “mavilik” və digər “sivilizasiya nişanələri” meydana çıxır. 

Səbəb baxımından, xoruz döyüşdürmək, it boğuşdurmaq, cırıq şalvar geymək, “avtoşluq” ilə “mavilik” arasında elə böyük fərq yoxdur - bunların hamısı qeyri-sağlam düşüncə tərzinin acı nəticəsidir. Qeyri-sağlam düşüncə isə çürük qanın məhsuludur. Çürük qanı da qeyri-sağlam həyat tərzi yaşayan orqanizm “istehsal” edir. 

“Mavilik” xəstəliyinin digər ağır xəstəliklərdən yeganə fərqi ondan ibarətdir ki, bəşəriyyət bu bəlanı xəstəlik saymır, onun geniş yayılmasına sakitcə baxır, bu bəlanın qarşısını almaq üçün heç bir təsirli tədbir görmür. Əksinə, “sivil” ölkələrində homoseksualizmi sivilizasiya nişanəsi, şəxsiyət azadlığının rəmzi kimi qələmə verirlər, beynəlxalq təşkilatlar “mavi” xəstəliyin geniş yayılması üçün şərait yaradır - bu bəlanın qarşısını almaq istəyən dövlətlərin rəhbərlərini insan azadlığını boğmaqda ittiham edir, onlara qarşı sanksiyalar tətbiq edir.

Bunun üç əsas səbəbi var:

Birinci səbəb: bir çox inkişaf etmiş ölkələrdə “mavilər” seçici kütləsinin böyük bir qismini təşkil edir və onların səsi bəzən həlledici olur.

İkinci səbəb: belə ölkələrdə elitanın tərkibinə çoxlu “mavi” soxulub. Bəzi siyasətçilər mavi olduğunu heç gizlətmir də. Bir zamanlar böyük eyib sayılan “mavilik” bu gün, az qala, qürur mənbəinə çevrilib.

Üçüncü səbəb: dünyanı güclü təbliğat maşınının köməyi ilə idarə edən Qara Bizmes sahiblərinə sağlam düşüncəli gənclər deyil, pulu göyə sovuran cahil müştərilər lazımdır. 

"Mavi" faciənin geniş vüsət almasında, erotik proqramları internet vasitəsilə sərbəst yayan elektron texnikanın “xidməti” çox böyükdür. 
Əfsuslar olsun ki, heç bir dövlət, bəşəriyyəti daxildən qurd kimi yeyən, nəslartırma prosesinə mənfi təsir göstərən homoseksualizmi ağır xəstəlik saymır, onun qarşısını almaq üçün heç bir tədbir görmür. Əksinə, eyni cinsdən olan insanların cinsi əlaqəyə girməsi hallarını, hətta, ailə qurmaq hallarını leqallaşdıran, bununla da bu ağır xəstəliyin geniş yayılması üçün münbit şərait yaradan antibəşəri qanunlar qəbul edirlər. Bu eybəcərliyi bəyənən və qanuniləşdirən ölkələrin sayı get-gedə artır. 

İnsan bu məsələdə də Təbiətin əbədi və mükəmməl qanunlarına zidd gedir, heç bir vəhşi heyvanın özünə rəva görmədiyi bir iyrənc hərəkəti qanunlaşdırır. 

Nəzərə alsaq ki, erkən evlənmə halları kütləvilik təşkil edən keçmiş əsrdə homoseksualizm yox dərəcəsində idi, belə bir qənaətə gələ bilərik ki, erkən evlənmələr “mavilik” xəstəliyinin qarşısını almaq məsələsində müsbət rol oynaya bilər. Lakin bu xəstəliyin və bütün xəstəliklərin yeganə dərmanı - sağlam həyat tərzidir. Yalnız onun köməyi ilə bəşəriyyəti bu rüvayçı bəladan xilas etmək mümkündür. 

Zülfiyyə Qurbanova
BAKU.WS