SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün sosial şəbəkələrdə bir qrup şəxsin hovuzda aşıq musiqisinə etdiyi rəqsin videosu yayılıb. Birmənalı qarşılanmayan görüntülər tənqidlərə məruz qalıb. Yerli mediada videonun toyda çəkildiyi, rəqs edən şəxslərin içkili olması ilə bağlı məlumatlar yayılıb.

BAKU.WS 
axşam.az-a istinadən xəbər verir ki, videoda saz ifa edən Aşıq Daşqın Gəncəli görüntülərin toy məclisində qeydə alınmadığını deyib:

“Toy deyildi. Normal yığıncaq - “Ciyər axşamı” (Toydan bir gün öncə keçirilən məclis – red.) idi, özləri əylənirdilər. Heç kim kefli olmayıb. Ev sahibi nə nazir, nə deputatdır. Adi normal bir adamdır. Məclis Bakıda olmayıb, amma Azərbaycanın başqa bir ərazisində baş tutub. Burada böyüdüləsi ciddi bir problem yoxdur”.

***10:37:58

Azərbaycan toyunda qəribə hadisə baş verib.

BAKU.WS
-in əldə etdiyi videoda toy məclisi hovuzlu məkanda keçirilir.

Məclisdə iştirak edən kişilərin bir qismi saz havası altında hovuzun içində rəqs etdiyini görürük. 

Hovuza atılan qonaqların sərxoş olduğu ehtimal edilir.

Aysel
BAKU.WS
VİDEO