VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Kizomba - müasir şəhər rəqsidir. Bu rəqs zamanı cütlüklər bir yerdə rəqs edir.
 
BAKU.WS məlumat verir ki, həvəskar gənc xanımlardan ibarət bir qrup kizombo rəqsini bu dəfə fərqli şəkildə ifa ediblər. Belə ki, onlar digər rəqs şoularından fərqli olaraq tərəf müqabili olmadan rəqs ediblər. Qızların ecazkar rəqsi şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
 
Qeyd edək ki, kizomba XX əsrin 80-ci illərində Afrika ölkəsi olan Anqolada yaranıb və inkişaf edib. Hazırda bir sıra dünya ölkələrində bu rəqs məşhurdur. 
 
BAKU.WS