VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın doğum günüdür.
 
BAKU.WS məlumat verir ki, Arzu Əliyeva 1989-ci il 23 yanvar tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıda 160 saylı məktəbdə, ali təhsilini isə İsveçrədə və Böyük Britaniyada alıb. 

Arzu Əliyeva 2008-ci ildə Azərbaycanda tanıtım video klipində çəkilib. Bu video klip CNN və Euronews kimi kanallarda nümayiş olunub. 2011-ci il sentyabrın 3-də Rusiyada nüfuzlu azərbaycanlı iş adamı Aydın Qurbanovun oğlu Səməd Qurbanovla ailə qurub. Aydın adlı bir oğlu var.
 
2015-ci il mayın 9-da Arzu Əliyevanın filmi "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" sənədli filminin təqdimat mərasimi keçirilib. 2015-ci il 8 oktyabr tarixində Arzu Əliyevanın sənədli filminin Azərbaycanın Braziliyadakı səfirliyində təqdimatı keçirilib.
 
Bu ilin 22 yanvar tarixində isə "Əbədi ezamiyyət" sənədli filminin və "Qərib məzarlar" kitab-albomunun təqdimat mərasimi keçirilib. Layihənin rəhbəri və filmin prodüsseri Arzu Əliyevadır.
 
Arzu Əliyeva bildirib ki, hər iki filmin və kitab-albomun yaradılmasında əsas məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəsilə və dünya ictimaiyyətinə çatdırmaqdır. 
 
BAKU.WS