SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ-a yeni köçən azərbaycanlı gənc lotoreyada 1 milyon dollar udub.
 
BAKU.WS-in məlumatına görə, Pərviz Quluzadənin ABŞ-da 5 dollara aldığı lotoreya bileti ona "cek-pot”u qazandırıb.

Avto FM radiosuna bu barədə danışan gənc bildirib ki, o müntəzəm olaraq lotoreya bileti alır. "Hər zaman olduğu kimi bu dəfə də 5 dollar ödəyərək bilet aldım və evə çatan kimi lotoreyanın üstündəki şifrəni pozdum. Orada mənim "cek-pot” qazandığım yazılmışdı. Əvvəlcə inana bilmədim. Çünki bileti aldığım oğlan mənim tanışım idi. Buna görə düşündüm ki, o, mənimlə zarafat edir. Sonra biz internetdə qazanan biletləri yoxladıq və məlumatı dəqiqləşdirdik. Udduğum məbləğ mənim hesabıma vergilər ödənildikdən sonra təxminən 500 min dollar civarında pulmənə qalacaq”, - deyə Pərviz Quluzadə bildirib.

Pulu necə istifadə edəcəyi ilə bağlı suala isə ev almaq fikrinin olduğunu və bu ölkədə Azərbaycan mətbəxini tərənnüm edən restoran açmaq istədiyini bildirdi.

Xarici ölkələrdə mütəmadi olaraq lotoreyada böyük məbləğlər udulur. Sonuncu dəfə ABŞ-ın Kaliforniya ştatında yaşayan pensiyaçı Raymond Bakston küllü miqdarda "cek-pot" əldə edib. 20 il ardıcıl olaraq lotoreya bileti alan pensiyaçı 2014-cü ilin aprel ayında cek-potda 425,3 milyon dollar udub. 
 
BAKU.WS