VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Türkiyədə azərbaycanlı rəssamın rəsmləri nümayiş olunub.
 
BAKU.WS məlumat verir ki, Atatürkə böyük heyranlıq duyan azərbaycanlı rəssam Günay Mehdizadə, Qurtuluş Döyüşü və sonrakı illəri təsvir edən rəsmləri böyük maraqla qarşılanıb. Azərbaycanda Atatürk ilə əlaqədar bir çox kitab oxuyub, araşdırma aparan Mehdizadə sonda onun portertini çəkməyə qərara gəlib. Gənc rəssam qızın çəkdiyi portretlər Ankarada Atatürkün ev muzeyində sərgilənir.

Azərbaycanlı rəssam açıqlamasında Atatürkə böyük sevgi duyduğunu deyib:

"Atatürk təkcə Türkiyənin deyil, bütün türk dünyasının əvəzedilməz lideridir. Ona böyük sevgim var. Üç il əvvəl çəkdiyim Atatürk portreti bu gün Ankara Atatürk ev muzeyində sərgilənir. Bu mənim üçün çox böyük bir şərəfdir. Yüz il keçəcək mən olmayacağam, amma o portret orada yenə sərgilənəcək. Bunu düşünməm məni çox xoşbəxt edir" -  deyə gənc qız bildirib.
 
BAKU.WS