"Qarabağ" futbol klubunun hücumçusu Reynaldo Silva 20 Yanvara qurbanlarını anıb.


BAKU.WS
-in məlumatına görə, futbolçu "İnstaqram" səhifəsində 20 Yanvar faciəsi ilə əlaqədar foto və şeir paylaşıb.

O, Bəxtiyar Vahabzadənin "Şəhidlər" şeirini paylaşıb.

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər... Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər...

Braziliyalı futbolçunun bu addımı onu izləyənlər tərəfindən alqışalayiq hərəkət kimi qiymətləndirib.

BAKU.WS