055 213 76 73
Göygöl Milli Parkınnən girişinə təhvil verilmək üçün "qara siyahı" hazırlanır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəliflik Departamentinin direktoru Vaqif Cavadovun BAKU.WS-ə verdiyi məlumata görə, milli parka içkili şəxslərin girişi qadağan olunacaq.
"Parkda olarkən oranın əməkdaşları ilə mübahisə edən, orada dava-dalaş salan şəxslərin adları həmin siyahıya salınacaq. Parkın qayda-qanunlarına əməl etməyən şəxslər həmin siyahıya daxil ediləcək. Adları siyahıda olan şəxslər növbəti dəfə Göygöl Milli Parkına buraxılmayacaq”, - deyə Vaqif Cavadov bildirib.
Xatırladaq ki, Göygöl Milli Parkına giriş bir həftə bundan əvvəl vətəndaşlar üçün açılmışdı. Bu müddət ərzində isə parkın ərazisi zibillənmişdi.
Ziya Səccad
BAKU.WS