Vergilər Nazirliyi dövlət büdcəsinə olan vergi borclarını ödəməkdən yayınmağa çalışan vergi ödəyicilərinə qarşı tədbirlərini davam etdirir.
 
BAKU.WS-in Vergilər Nazirliyinə istinadla verdiyi məlumata görə, belə tədbirlərdən biri də "İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə və Vergi Məcəlləsinin 23.1.16-cı maddəsinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır.

Bu ilin avqust ayının 1-ə tarixinə 200-dən çox borclu vergi ödəyicilərinin ölkədən getmə hüququ müvafiq məhkəmə qərarlarına əsasən müvəqqəti olaraq məhdudlaşdırılıb.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi bu şəxslərin ölkədən kənara çıxmasına icazə verilməyəcək.

01 avqust 2015-ci il tarixinə olan siyahı ilə buradan tanış ola bilərsiniz. 
 
ŞAHİN Həbibov 
BAKU.WS