SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu balaca gözəllər dünyanın ən gözəl uşaq modelləridir. Yaşlarının az olmasına baxmayaraq dünyaca məşhur bir çox modelə meydan oxuyurlar.
 
BAKU.WS sizə dünyanın ən gözəl balaca modellərini təqdim edir. 
TİLAN BLONDO 
 


14 yaşlı gənc modellər arasında əsl moda ikonası hesab olunur. Teleaparıcı və futbolçunun qızı olan fransalı gözəl moda dünyasının ən çox qazanan uşaq modellərindən biridir.
 

 
Tilan hələ 10 yaşındaykən "Vogue" jurnalının üz qabığına çıxmışdı. Balaca modelin "Vogue" üçün etdirdiyi fotosessiya müzakirələrə səbəb olmuşdu.. Onun hələ 10 yaşında qadın obrazında "Vogue" jurnalında olan fotosessiyası o zaman böyük səs küyə səbəb olmuşdu.
 

 
Tilan modelyerliklə yanaşı yaradıcılıqla da məşğuldur. Onun artıq şeir kitabları da çap olunub.
 

  
MAKKENZİ FOY
 


15 yaşlı Makkenzi Foy əslən amerikalıdır. Balaca gözəl, ilk dəfə karyerasına 5 yaşında reklam çəkilişlərindən başlayıb. Makkenzi modelyerliklə yanaşı aktrisa kimi də fəaliyyət göstərir.

 
Aktrisalıq fəaliyyətinə ilk dəfə 9 yaşında "Uzun və xoşbəxt" və "Xatırla nə olacaq" seriallarındakı kiçik rolları ilə başlayıb. 12 yaşında "Alatoran" filminə çəkilib. 
 


KRİSTİNA PİMENOVA 
 


3 yaşından model işləyən 10 yaşlı Kristina Pimenova gözəlliyi ilə dünyanı özünə heyranı qoymağı bacarıb. Kristina "Dolce&Gabbana”nın moda nümayişlərində iştirak edib, "Vogue” jurnalının uşaq versiyasının üz qabığında yer alıb, "Roberto Cavalli”, "Benetton” brendlərinin reklamında çəkilib və "Kinder” firmasının siması olub.
 

 
Bu balaca qızcığaz "dünyanın ən gözəl qızı" seçilib. Kristinanın anası Qlikeriya Şirokova keçmiş modeldir. Atası isə futbolçu Ruslan Pimenovdur. Kristinanın İnstaqramda 1 milyondan çox izləyicisi var. Anası açıqlamalarında bildirib ki, Kristinanın Facebook və İnstaqram hesabını anası özü idarə edir. 
 


LANEYA QREYS 

 

 

11 yaşlı Laneya Qreys amerikalı və fillipinli kökənlidir. Rəngli saçları, iri dodaqları, yaşıl gözləri ilə diqqət çəkən balaca gözəl model kimi fəaliyyətə erkən yaşlarından başlayıb. 
 

 
O, dünya markalarının fotossesiyaları ilə yanaşı, kliplərdə də rol alıb. H&M və GAP markalarının siması olub. Laneya modellik fəaliyyəti ilə yanaşı bir çox bacarıqlara sahibdir. Belə ki, o, skripkada ifa etməyi bacarır, xorda oxuyur. sorfinqlə məşğul olur. 
 


ANASTASİYA BEZRUKOVA


 Əslən rus olan 11 yaşlı Anastasiya Bezrukova da modelyerlərin əsas diqqət mərkəzində olan uşaqlardan biridir. O, "Benetton", "Pinko", "Moschino", "Incanto","Vogue Bambini" kimi brendlərin siması olub.
 


İDEN VUD

 


İden uşaq modelləri arasında ən məşhurudur. Ona uşaq modellərinin fenomeni də deyirlər. Balaca model 6 yaşına kimi 300-ə qədər müsabiqədə iştirak edib. Bu qızcığazın ən böyük arzusu müğənni olmaqdır.


10 yaşlı İden, bir neçə sinql da buraxıb. Yayılan şayiələrə görə, İdenin anası onun məşhur olmağı üçün plastik cərrahiyyə əməliyyatına əl atıb.