Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 18-21° isti, gündüz  23-26° isti, Bakıda gecə 19-21° isti, gündüz  23-25°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 50-55 %  olacaq.   

Azərbaycanın rayonlarına gəlincə, mayın 27-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz  26-31° isti, dağlarda gecə 10-15° isti,  gündüz 18-23°  isti təşkil edəcək. 
BAKU.WS