SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyanın məşhur balerinası Anastasiya Voloçkova yenə şəkilləri ilə gündəmə gəlib.
 
BAKU.WS məlumat verir ki, balerina Maldiv adalarında istirahətdədir. Maldiv adalarından istirahət fotolarını İnstaqram hesabında paylaşan Anastasiyanın fotoları izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər onun ünvanına sərt sözlər deyiblər. Onlar Anastasiyanın fotolarda tüllə bədənini örtməsini artıq çəkilərə görə etdiyini iddia ediblər. 
 
Şəkillərdə ən çox diqqət çəkən isə balerinanın eyni ayaqqabı ilə müxtəlif pozalarda fotolar çəkdirməsi olub. İzləyicilərin bəziləri bunu toy ayaqqabısı olduğu iddia ediblər. Digər izləyicilər isə balerinanın psixoloji problemi olduğunu yazıblar. 
 
Qeyd edək ki, Anna Voloçkova İnstaqram hesabından aktiv istifadə edən məşhurlardandır. Voloçkova tez-tez fotolarına görə gündəmə gəlir. 40 yaşlı balerina azərbaycanlı biznesmen Bəxtiyar Səlimov ilə uzun müddət sevgili olub. 2 il davam edən münasibət bu qış bitib. Anastasiya ayrılıq qərarını Bəxtiyar Səlimovun Moskvaya gec-gec gəlməsi ilə əlaqələndirib. 
 
BAKU.WS