21 yaşlı müğənni Kortni Stoddenin yenə fotoları ilə qalmaqala səbəb olub.
 
BAKU.WS məlumat verir ki, gənc müğənni şəxsi İnstaqram hesabında bu dəfə fotosu ilə insanları hiddətləndirib.
 
Belə ki, ifaçı lüt halda olan bədəninə şirniyyatları düzərək çəkdirdiyi fotonu İnstaqram hesabında paylaşıb. Kortninin bu hərəkəti istifaədçilər tərəfindən bir mənalı qarşılanmayıb. Onlar gəcn ifaçının ünvanına sərt sözlər yazıblar. 
 
İstifadəçilərdən biri Kortninin şəklinə "Etdiyin hərəkətdən utan, onu tapmayan insanlar var.  O ac insanlardan utan" deyə şərh yazıb.

Qeyd edək ki, Kortni Stoden açıq-saçıq fotolarına görə tez-tez tənqidlərə tuş gəlir. Kortni Stoden 55 yaşlı aktyor Douq Hutçisonla evlidir. Müğənninin belə hərəkətlərinə görə onların tez-tez ayrılıb, barışdığı bildirilir.
 
BAKU.WS