13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Ötən həftə toyları olan tanınmış opera müğənnisi Anna Netrebko ilə azərbaycanlı tenor Yusif Eyvazov yeni ili Vyanada qarşılayıb.

BAKU.WS məlumat verir ki, hazırda Vyanada olan cütlük istirahət fotolarını İnstaqram hesabında paylaşıb. Fotolarda Netrebkovanın əvvəlki nikahından olan oğlu da yer alıb. Bundan əlavə Anna yemək bişirən zaman çəkdirdiyi fotosunu da İnstaqram izləyiciləri ilə bölüşüb. Müğənninin bu fotosu izləyicilər tərəfindən maraqla qarşılanıb. 

Qeyd edək ki, Anna ilə Yusifin toy mərasimi dekabrın 29-da Vyanada baş tutub.
 
BAKU.WS