SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Pasportumda doğum yeri Bakı olaraq yazılsa da, mənim bugünkü Azərbaycanla heç bir əlaqəm yoxdur və ola da bilməz"
 
BAKU.WS-in məlumatına görə, bunu şahmat üzrə keçmiş dünya çempionu, Bakıda doğulmuş erməni əsilli şahmatçı Hari Kasparov söyləyib. Onun sözlərinə görə, Bakıdan 1990-ci ilin yanvar ayında çıxıb:
 
"O dövrdə Bakını tərk etdim. Çünki buna məcbur qaldım. Hər zaman söyləmişəm. Mən, paytaxtı Moskva olan bir ölkədə doğuldum və SSRİ-in dağılmasından sonra da, paytaxtı Moskva olan ölkədə yaşamağa davam etdim. Mənim həyatımda rus dili, rus mədəniyyəti və rus təhsili əsas ünsürlərdir".
 
Ailəsində fərqli etnik qruplardan şəxslərin olduğunu söyləyən Kasparov Bakını o dövrdə digər respublikaların paytaxtlarından fərləndirən xüsusiyyətən də danışıb: "Bu şəhərdə rus mədəniyyətinin təsiri daha çox idi. Bakı o dövrdə ölkənin cənubunda, imperatorluğun bir qalasıydı", - deyə erməni əsilli şahmatçı söyləyib.
 
Şahin Həbibov
BAKU.WS