SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bu gün ABŞ-ın Yaponiyanın Xirosima şəhərinə atom bombası atmasından 70 il ötür.


BAKU.WS-in məlumatına görə, uzun illərdir aparılan araşdırmalar ABŞ-ın Yaponiyadan başqa digər ölkələrə də atom bombası atmaq hədəfinin olduğunu ortaya qoyub. Məlum olub ki, Amerika o dövrdə Sovet İttifaqını (SSRİ) yer üzündən silmək üçün plan hazırlayıb. "Totaliti" adlanan bu planı tərtib edən general Lorisa Norsted sonradan Avropada NATO-nun silahlı qüvvələrinin baş komandanı olacaqdı. Məhz o, bombaların miqdarını son dərəcə dəqiq bilirdi.

 

Güman edilirdi ki, SSRİ-ni məhv etmək üçün ən azı 15 şəhərə 123 atom bombası atmaq lazımdır. Hədəflər arasında SSRİ-nin böyük sənaye mərkəzləri sayılan Moskva, Bakı, Kazan, Çelyabinsk, Saratov kimi şəhərlər yer alırdı. Bombardmançı təyyarələrin uçuşu üçün Alyaskada, Almaniyada, İtaliyada və Norveçdəki aerodromlardan istifadə etmək planlaşdırılırdı.


ABŞ sonradan Sovet İttifaqına bu cür zərbə vurmağa risk etmədi. Həmin dövrdə ABŞ-ın əlində cəmi iki atom bombası var idi. Bundan başqa Sovet İttifaqı həmin dövrdə təhlükəni anlayaraq öz nüvə layihəsinin yaradılmasına başladı. Bu addım isə nəhəng ölkələrin planetdə sülhə riayət etmək üçün əsas səbəb oldu.


Azad Əliyev 

BAKU.WS