BAKU.WS
11 mart tarixinin qoroskopunu təqdim edir: 


​​​​Qoç - yaradıcılıq, ixtiraçılıq ruhu günüdür. Dəyişikliklər və yeniliklər zamanının çatdığını intuitiv hiss edirsiniz. Dəyərli və layiqli hədəf seçin, prosesi sürətləndirin. Yeniliklərə və sürətli, ani qərarlara hazır olun. Qəfil çətinliklər və planların pozulmasını sakit qarşılayın. Yaxşı komandada, ümumi məqsədi olan qrupda iş daha yaxşı alınacaq. 

Buğa - izafi səy göstərməyin, çünki əsas məqsədə çatmaq asan deyil. Ən optimal davranış modeli qarşılıqlı mənfəət nəzərə alınmaqla sövdələşməkdir. Səhhətinizi unutmayın. Axşam saatlarında yaxşıca dincəlin.

Əkizlər - maddi sərfiyyat və xərclər tələb edən planlarınız var. Gəlir mənbələrinin sayını artırmaq və mümkün qədər az vaxt sərf edərək çox iş görməyin yollarını düşünün. Maraq dairəniz genişlənir. Pozitiv və neqativ məzmunlu stresslər istisna deyil.

Xərçəng - ümumi iş və hətta çətinliklərin sizi birləşdirdiyi insanla ünsiyyət daha asan olacaq. Yanlışlıqlar və səhvlər üzərində birgə iş situasiyanı tədricən düzəldəcək, soyuqluğu aradan qaldıracaq, yaxınlaşmaya səbəb olacaq. Şəxsi işlərə, maraqlandığınız sahələrə və gəlir mənbələrinə diqqət ayırmaq üçün yaxşı vaxtdır.

Şir - başqa istiqamətdə baş verəcək hadisə sizi sevindirəcək. Fəaliyyətnizin maliyyə məqamlarına xüsusi diqqət ayırın. Günün ikinci yarısında fiziki işlə məşğul olun.

Qız - aktiv olun, təxirəsalınmaz işləri başa vurun. Münasibətləri aydınlaşdırmağa çalışmayın, çünki izafi aşkarlıq bu gün kimsəyə xeyir verməyəcək. Prioritetləri yenidən dəyərləndirin, planlara dəyişikliklər və əlavələr edin. Nədənsə imtina etməli olacaqsınız və hansısa ümid puç olacaq.

Tərəzi - zirək olmaq istəyirsinizsə, öz üzünüzü başqalarının aynasında görməyə çalışın. Sizin üçün dəyərli olan nəsnələr - hisslər, münasibətlər, maddi vəsait və resurslar bu gün sınağa məruz qalacaq. Rəqiblər və bədxahlar sizə paxıllıq edirlər. Təmkinli və ehtiyatlı olun, nəyisə aktiv şəkildə dəyişməyə çalışmayın.

Əqrəb - gözləntilərinizdə aldanmayın. Tələb, iddia səviyyəsini aşağı salın. Adətən problemlər və anlaşılmazlıqlarla qarşılaşdığınız görüşə qatılmayın. Hisslər və emosiyalar müstəvisində böhran var. Soyuma, uzaqlaşma, son vaxtlara qədər sizə ən önəmli olan insana və ya obyektə marağın itməsi mümkündür. 

Oxatan - karmik düyünlər aşkarlanacaq, önəmli münasibətlərin məğzinə yeni baxışa imkan verən hadisələr baş verəcək. Qərarları siz qəbul edirsiniz. Amma tərəfdaş, iş yoldaşı və ya şərikin reaksiyasına diqqətlə fikir verin. Fəaliyyətin gərgin ritminə riayət etmək üçün istirahət etməyi də unutmayın.

Oğlaq - reaksiyanız dəqiq və adekvat olmalıdır. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Hansısa məsələdə tam əmin deyilsinizsə, o məsələni təxirə salın. Borc almayın, yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Situasiyanı düzəltmək o qədər çətin deyil.

Dolça - çevik və qıvraq, mütəhərrik olun, işinizin detallarına xüsusi fikir verin. Ev işlərinə və yaxınlarınızla münasibətlərə laqeyd qalmayın. Ailə üzvlərini birləşdirəcək mövzu və ya məşğuliyyət tapsanız, axşam saatları sakit keçəcək. Valideynlərinizlə danışın, onlara diqqətinizi xoş vasitə ilə izhar edin.

Balıqlar
- yeni imkanlar yaranır və onlardan istifadə etmək gərəkdir. Bununla belə, bədxahlarınız arasında kimsə sizə mane olmaq üçün xüsusi aktivlik göstərir. Çalışacağınız sahəni, əldə etməyə çalışdığınız nəsnəni müəyyənləşdirin. Tələsməyin, soyuqqanlı və təmkinli davranın. Təşəbbüskarlığı minimuma endirin, fəndgir və hiyləgər davranın.

BAKU.WS