SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlıları təhqir edən çeçen "Mansur Starıy" canlı yayımda üzr istəyib.

BAKU.WS
 xəbər verir ki, Moskvada yaşayan Fuad Abbasovun rəhbəri olduğu Misra TV-nin canlı yayımında çıxış edən "Mansur Starıy" etdiyi əməldən peşman olduğunu bildirib.

O, deyib ki, həmin təhqirləri qəzəbli vaxtında söyləyib və işlətdiyi ifadələrə görə üzr istəyir.

Mansur əslində müsəlman qardaşları olan azərbaycanlılara rəğbət etdiyini bildirib:

“Mənim qəzəbli halda dediyim o sözlərə rəğmən sakit dayanan, səhv etdiyimi anlayacağım günü gözləyən azərbaycanlılara da təşəkkür edirəm. Ermənilərin tələsinə düşmüşdük. Bu tələ o qədər yaxşı qurulmuşdu ki, mən belə buna inandım, aldandım".

O, çıxışında ermənilərə ismarıj göndərməyi unutmayıb: "Buradan təxribat yaradan, başqasının torpağını işğal edib, soyqırım törədən ermənilərə səslənirəm. Özünüzü yormayın. O videoları nə qədər yaysanız da, bundan sonra bizim aramızı vura bilməyəcəksiniz. Ona görə də sevinməsinlər. Nə qədər provakasiya törətsələr də Allah bizi doğru yola gətirdi və gətirəcək də”.

Buradan təxribat yaradan, başqasının torpağını işğal edib, soyqırım törədən ermənilərə səslənirəm. Özünüzü yormayın. O videoları nə qədər yaysanız da, bundan sonra bizim aramızı vura bilməyəcəksiniz. Ona görə də sevinməsinlər. Nə qədər provakasiya törətsələr də Allah bizi doğru yola gətirdi və gətirəcək də”.

Xatırladaq ki, çeçenləri bizə qarşı ayağa qaldıran Ermənistan vətəndaşı 1993-cü il təvəllüdlü Harnik Aramoviç Vardanyan olub. Erməni Harnik Alixan adlı çeçen gəncin həyat yoldaşını təhqir edib və bunu edərkən özünü azərbaycanlı kimi qələmə verib. Həyat yoldaşı, namusu təhqir olunan Alixan "WhatsApp" yazışmasında azərbaycanlıları təhqir etdiyi videonu Harnikə göndərib.  

Erməni təxribatçı Alixanın azərbaycanlıları təhqir etdiyi videonu "WhatsApp"da yayaraq öz məqsədinə çatıb. Nəticədə azərbaycanlılar Alixanı taparaq cəzalandırıblar. Məhz bu hadisədən sonra çeçenlər azərbaycanlılara qarşı ayağa qalxdı.   

İki dost millət arasında düşmənçilik toxumu səpən şəxsin erməni olduğunu Fuad Abbasov üzə çıxartdı. Məhz bu səbəbdən Rusiya Federasiyasında yaşayan ermənilər ona qarşı kompaniyalar aparırlar.

Zülfiyyə Qurbanova
BAKU.WS




"Neolit"ə silahlı hücum oldu: 10 nəfər yaralanıb
Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO
Qızını erməniyə ərə verən Ağadadaş çeçenlərlə görüşdən qovuldu (VİDEO)
Fuad Abbasov qızını erməniyə ərə verən vəzifəli şəxslə bağlı Azərbaycana səsləndi (VİDEO)