SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yanvarın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə isti, gündüz 5-9 dərəcə isti, Bakıda gecə 0-2 isti, gündüz 6-8 dərəcə isti olacaq.
 
Yanvarın 6-da rayonlarda gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta olacağı gözlənilir.
 
Yanvarın 6-8-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar çün əsasən əlverişsizdir.
 
BAKU.WS