VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS 2 noyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç
- Gərgin gündür. Bu gərginlik saatlar keçdikcə daha da artacaq. İşgüzar fəaliyyətinizlə bağlı tənqid istisna deyil. Baş verən xoşagəlməzliklər ciddi və önəmli olmasa belə, əsəblərinizi tarıma çəkə bilər. Heç kimlə mübahisə etməyin. Səbr və təmkin sizi uzunmüddətli münaqişədən və düşmənçilikdən xilas edəcək.Axşam saatları sakitlik vəd edir.


Buğa - Enerjiniz aşıb-daşır. Mümkün qədər fəal olun. Daxili enerjinizi üzə çıxarmağın zamanı çatıb. Məqsədli olun və qüvvənizi real məsələlərə sərf edin. Yaxın vaxtlarda məntiqi şəkildə başa vura biləcəyiniz layihənin gerçəkləşdirilməsinə üstünlük verin.Yaxın bildiyiniz insanların məsləhətlərinə qulaq asın. Axşam saatlarını ailənizlə keçirin.


Əkizlər - Maliyyə məsələlərində şansınız var. Riskə gedə bilərsiz. Gəlirlərinizi artırmaq və sövdələşmələr əldə etmək olar. Peşəkar intuisiyanız sizi yanıltmayacaq. Daha maraqlı və yüksək maaşlı təklif varsa, iş yerinizi və ya əməkdaşlıq əlaqələrini dəyişə bilərsiz. Şəxsi həyatınızda ciddi dəyişikliklər gözlənilmir. 


Xərçəng - Yaxşı gündür. Böyük miqyaslı layihəyə başlamaq niyyətiniz varsa, potensialınızı real və ciddi şəkildə dəyərləndirin. Nə istədiyinizi müəyyənləşdirin. Məqsədə çatmaq üçün bütün imkanlardan istifadə edin. İşdə rəhbərliklə normal münasibətləri korlamayın. Maaş, karyera müstəvisində irəliləyişdə bağlı məsələləri müzakirə etmək olar. Hisslərə qapılmayın. Axşam saatlarında nüfuzunuza zərbə vura biləcək addımlar atmayın.


Şir - İşdə çətinliklər yarana bilər. Texniki nasazlıqlar, həmkarlarınızla anlaşılmazlıqlar istisna deyil. İradənizlə mənəviyyatınızın sınağa çəkiləcəyi situasiyalarda ətrafınızdakı insanların davranışlarına diqqətlə baxın.Peşəkarlığınızı artırın. Dəyər verdiyiniz insanla əlaqələrinizi daha səmimi, rəvan edin. Axşam saatlarında soyuqqanlı olun.


Qız - Qəfil hadisələr, ilk baxışdan anlaşılmaz məsələlərlə zəngin gündür. Ünvanınıza deyilən ehtiyatsız kəlmələr, fərqli düşüncə və mövqe daşıyıcılarının fikirləri sizi qıcıqlandıra bilər. İşdə rəhbərliyin tənqidləri sərtləşəcək. Gün yeni tanışlıq və əlaqələr üçün münasibdir. Axşam saatlarını özünüzə ayırın və istirahət edin.


Tərəzi - Özünüzə problemlər axtarmayın. Həddən artıq şübhəli insan təsiri bağışlamayın. Təəssüflə nəticələnəcək addımlar atmayın. Gün maliyyə ilə bağlı əməliyyatlar üçün əlverişli deyil. Çox pul xərcləməyin. Tərəfdaş və ya şəriklərlə qarşılıqlı fəaliyyətdə işinizi yüngülləşdirmək cəhdləri neqativ reaksiya doğura bilər. Axşam saatlarını sevdiyiniz insana həsr edin.


Əqrəb - günün ilk yarısından rutin işlərin və adi problemlərin sayı artacaq. Karyera inkişafı ilə bağlı konkret addımlar atmaq üçün əlverişli zaman deyil. İşdə rəhbərlik təşəbbüslərinizi dəstəkləməyəcək.İntuisiyanızı dinləyin. Bədxərclik etməyin, alış-verişdə diqqətli olun.Axşam saatlarında yaxşıca istirahət etməyə çalışın.


Oxatan - Gözləyin, dəyişikliklər üçün əlverişli zaman deyil. Mənfi hisslərdən və məqamlardan uzaq durun. Məsuliyyətsiz davranmayın, başladığınız işi sona yetirin. Cari işləri təxirə salmayın. Axşam saatları üçün nəzərdə tutduğunuz görüş baş tutmaya bilər. Narahat olmağa dəyməz, bu sizin xeyrinizədir.


Oğlaq - Vəziyyəti diqqətlə müşahidə edin. Ən kiçik dəyişiklikləri nəzərdən qaçırmayın. Mübahisə, qarşıdurma istisna deyil. Münasibətləri araşdırmağa çalışmayın, məyus olarsız. Ötəri çətinliklərə həddən artıq əhəmiyyət verməyin. Narahat olmağa dəyməz, bəzi problemlər avtomatik olaraq öz həllini tapacaq. Axşam saatlarında şəxsi münasibətlərdə ənənəvi davranış modelindən kənara çıxmayın.


Dolça
- ilk əvvəl təxirəsalınmaz məsələlərin həlli ilə məşğul olun. Bu işlər xeyli vaxtınızı və qüvvənizi alacaq. Daha maraqlı işlərə can atmayın. Rutinlikdən qaçmaq mümkün deyil. Yeni layihə, təklif, ideya istisna deyil. Sizə qarşı neqativ köklənmiş insanlarla ünsiyyətdən qaçın. Yaxın ətrafınızdakı insanlar arasındakı münaqişələrə dəstək verməyin.


Balıqlar
- Dəyişkən gündür. Əhvalınız sürətlə dəyişə bilər. Məntiqli davranmasanız, özünüzə çətinliklər yarada bilərsiz. İşdə diqqətli olun. Kənar təsirlərə uymayın. Qüvvənizi real qiymətləndirin. Kompleks və fobiyalarınızla mübarizə aparın, onlardan xilas olmaq mümkündür. Axşam saatlarında sevdiyiniz insanlarla ünsiyyət xoş emosiyalar bəxş edəcək.


BAKU.WS