SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyada tikintiyə, dizayna və yenidən planlaşdırmaya həsr edilmiş yeni telekanal çıxacaq.
 
BAKU.WS-in məlumatına görə, "Tvoy dom" layihəsini biznesmen Serqey Kojevnikov və "Crocus Group" vitse-prezidenti Emin Ağalarov birgə həyata keçirəcək. Beləliklə kanal "Crocus Group" inşaat mağazalarının reklamını edəcək.  

Ağalarov və Kojevnikov yeni kanalı iki kanalın əsasında yaratmağı hədəfləyirlər. Bunlar "HİT TV" və "ArtQrant"dır. Sentyabrda "ArtQrant", "Tvoy dom" və "HİT TV" musiqi telekanalı üçün şəhadətnamə alınıb. Biznesmenlər yayım üçün lisenziyanı yanvarda alacaqlarını ümid edirlər. Musiqi telekanalının yaradılmasından imtina edən partnyorlar hesab edir ki, bu seqmentdə kifayət qədər kanal var.
 
"Tvoy dom" peyk və kabel şəbəkələri vasitəsilə yayımlanacaq. Kanalın qarşısındakı hədəflərdən biri də "Crocus Group”a daxil olan eyni adlı hipermarketlər şəbəkəsini irəli çəkməkdir.  
 
BAKU.WS