SİZİN REKLAM BURADA!
055 213 76 73


 

ANS-in məşhur "Nəzər Nöqtəsi” proqramı yenidən efirə qayıdır. Verilişin yeni aparıcısı tanınmış jurnalist Eldəniz Elgün olacaq.

Bu barədə jurnalistin özü BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, veriliş həftədə 5 gün, saat 20:30-da yayımlanacaq. Verilişdə ölkədə baş verən siyasi, sosial hadisələr müzakirə olunacaq. Yeni informasiyalar veriləcək.

"İlk veriliş bu gün saat 20:30-da efirə çıxacaq. 17 ildən sonra efirə yenidən qayıdıram. Çalışacağıq ki, "Nəzər Nöqtəsi” verilişi efir məkanında yeni fikirlərlə zəngin olsun. Tamaşaçılara tam fərqli veriliş təqdim edəcəyik”, - deyə Eldəniz Elgün vurğulayıb.

Ziya Səccad

BAKU.WS