SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyə məxsus villanın fotoları yayılıb.
 
BAKU.WS-in məlumatına görə, mərhum prezidentin villasının fotolarını Elçibəyin kürəkəni Aqil Səmədbəyli sosial şəbəkədə paylaşıb. Kəngərlidə yerləşən villanın fotosunu öz səhifəsindən paylaşan A.Səmədbəyli bu şəklə belə bir şərh yazıb:
 
"Bu şəklə diqqətlə baxın. Bu prezident Elçibəyin Kələkidəki ata evidir. Bəli, o, prezident olanda da, devrildikdən sonra da məhz bu evdə yaşadı! Xalqın bir qəpiyini mənimsəmədi, Londonda bahalı saraylar almadı, yetim malı-qul haqqı yemədi! Onun komandasından heç kimin Londonda bir daxması belə yoxdu. İndi Kələkidəki bu ev bir az düzəldilib - o da Bəydən sonra..."
 
Şahin Həbibov
BAKU.WS